
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) Çelenc kubokunda 1/16 final mərhələsinə vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Şuşa təmsilçisinin 1/32 finalda rəqibi Slovakiyanın “Spartak” (Miyava) klubu olub.
Bu gün komandalar arasında cavab oyunu keçirilib. Dünən 3:0 hesabı ilə qələbə qazanan debutant bu dəfə də rəqibini məğlub edib. Bu qələbələrlə təmsilçimiz 1/16 finala yüksəlib.
Növbəti mərhələdə “Xarı Bülbül” (Şuşa) Yunanıstanın “Panathinaikos” klubu ilə üz-üzə gələcək.
Komandalar arasında ilk qarşılaşma noyabrın 29-da Yunanıstanda baş tutacaq. Cavab oyununun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.
“TJ Spartak” – “Xarı Bülbül” 1:3 (22:25, 25:22, 21:25, 21:25)