Yığmanın liberosu Bakı klubu ilə 1 illik anlaşdı - FOTO

11 May 2020 17:40 Voleybol 682
Yığmanın liberosu Bakı klubu ilə 1 illik anlaşdı - FOTO

Azərreyl” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan milli komandasının voleybolçusu Yuliya Kərimova ilə danışıqları müsbət yekunlaşdırıb.

Son mövsümü İsrailin “Makkabi” (Hayfa) klubunda oynayan 35 yaşlı libero ilə 1 illik müqavilə imzalanıb.

Bununla da, 2020/2021 mövsümündə ölkəmizi Çelenc kubokunda təmsil edəcək “Azərreyl”in yeni il üçün heyətinə qatdığı oyunçuların sayı 3-ə çatıb. Komanda daha öncə sloveniyalı Moytsa Pene ilə müqaviləni artırıb, ardınca slovakiyalı Romana Hudeçova ilə 1 illik anlaşma əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu