“Avropanın bir çox klublarından təklif alsam da, Azərbaycana gəldim"

8 May 2020 15:04 Voleybol 969
“Avropanın bir çox klublarından təklif alsam da, Azərbaycana gəldim"

“Avropanın bir çox klublarından təklif almışdım. Bu, müqavilə ilə bağlı olduğum “CaanAthletics” menecerlik firması vasitəsilə gerçəkləşib”.

Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun yeni transferi Romana Hudeçova deyib.

178 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. Slovakiya millisinin 27 yaşlı hücumçusu Bakı təmsilçisini seçməsinin səbəblərini açıqlayıb:

“Hədəfləri, uğurlu keçmişi və klubdaxili idarəetmə səbəbindən “Azərreyl”ə üstünlük verdim. Azərbaycanlı və türk voleybolsevərlərə gözəl oyun nümayiş etdirəcəyimizə ümidvaram. Yeni mövsümdə Çelenc kubokunda final oynamaq istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada