Qadın voleybolçular arasında Türkiyə kubokunun final mərhələsinin vaxtı dəqiqləşib. Sportinfo.az-ın məlumatına görə, 8 komandanın mübarizə aparacağı oyunlar yanvarın 15-də start götürəcək. Çempionlar Liqasında “Azərreyl”in rəqibi olan “Fənərbağça” həmin gün “Sarıyer Bələdiyyəspor”la üz-üzə gələcək. Ankarada baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Digər cütlərdə “Vakıfbank” “Nilüfer Bələdiyyəspor”la, “Qalatasaray” “Bursa BB” ilə və “Əczaçıbaşı” “Halkbank”la qarşılaşacaq. Qaliblər ertəsi gün yarımfinalda üz-üzə gələcəklər. Yanvarın 17-də isə çempion müəyyənləşəcək. “Fənərbağça” kubok matçlarından öncə “Azərreyl”lə oynayacaq. İstanbul təmsilçisi Azərbaycan çempionu yanvarın 11-də qəbul edəcək.

