Azərbaycan klubu ispanlara qalib gəldi - Avrokuboklarda ilk duel

10 Noyabr 2023 02:30 Voleybol 1 858
Azərbaycan klubu ispanlara qalib gəldi - Avrokuboklarda ilk duel

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 1/16 finalının ilk oyununda İspaniya klubu “Avarka de Menorka”nı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində məğlub edib.

Komandamız birinci setdə uduzsa da, növbəti üç seti üstün tamamlayaraq, 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazanıb. Klublar arasında cavab görüşü noyabrın 15-də baş tutacaq.

“Azərreyl” əvvəlki mərhələdə Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Fevral 17:50 Çək və bizə göndər!
23 Fevral 13:40 Tanrının ikinci qolu...