Azərbaycan millisinə 14 oyunçu cəlb olundu

3 Yanvar 2024 02:30 Voleybol 15 344
Azərbaycan millisinə 14 oyunçu cəlb olundu

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatına hazırlaşır.

Sportinfo.az xəbər verir ki, komanda məşqlərini Azərbaycan Voleybol Federasiyasının İdman zalında, həmçinin Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçir.

Təlim-məşq toplanışına 14 voleybolçu cəlb olunub.

EEVZA çempionatı 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində təşkil olunacaq. Azərbaycan millisi AÇ-2024-ə seçmə xarakteri daşıyan yarışa yanvarın 10-da yola düşəcək.

Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda ilk oyununu yanvarın 11-də Estoniya kollektivinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada