
Avrokubokda debüt edən kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” ilk görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, Çelenc kubokunun 1/32 final mərhələsində komandamızın rəqibi Slovakiyanın “TJ Spartak MYJAVA” klubu olub.
GİN-nin Voleybol Mərkəzində baş tutan birinci qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olub.
“Xarı Bülbül Şuşa” - “TJ SPARTAK MYJAVA” 3:0 (25:23, 25:21, 27:25)
Komandalar arasında cavab qarşılaşması tərəflərin razılığına əsasən sabah yenə Bakıda keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.