Qadın və kişi voleybolçulardan ibarət Türkiyə millilərinin yeni baş məşqçilərinin adları açıqlanıb. Sportinfo.az-ın məlumatına görə, “ay-ulduzlular”ın sükanı arxasına italiyalı və makedoniyalı keçib. Belə ki, qadınlardan ibarət milli Covanni Quidettiyə həvalə edilib.
“Vakıfbank”ı da çalışdıran italiyalı ən azı Tokio-2020-nin sonuna kimi burda işləyəcək. Kişilərdən ibarət əsas komanda isə Yasko Milenkoskiyə tapşırılıb. Makedoniyalı ilə də 4 illik razılıq əldə olub. Hər iki məşqçi bu gün rəsmən təqdim olunub.

