Azərbaycan millisi "Novotel Cup 2017”yə qələbə ilə başladı

31 Dekabr 2016 17:48 Voleybol 718
Azərbaycan millisi "Novotel Cup 2017”yə qələbə ilə başladı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Lüksemburqda keçirilən “Novotel Cup 2017”də ilk oyununa çıxıb. Sportinfo.az-ın məlumatına görə, Fərid Cəlalovunun yetirmələri İslandiya yığması ilə qarşılaşıb. Matç komandamız üçün asan alınıb.

Voleybolçularımız sadəcə ikinci setdə rəqibə sevinmək imkanı verib. Digər hissələrdə islandiyalılardan aşkar üstün olan millimiz 3:1 (25:21, 21:25, 25:16, 25:9) hesablı qələbəyə sevinib. Yığmamız növbəti oyununu ev sahiblərinə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti