Yığmamız Lüksemburqla - 2:2

29 Dekabr 2016 08:00 Voleybol 812
Yığmamız Lüksemburqla - 2:2

Lüksemburqda olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirib. Sportinfo.az-ın məlumatına görə, komandamız ev sahibləri ilə gücünü yoxlayıb.

Qarşılaşma heç-heçə başa çatıb. Voleybolçularımız 2 dəfə önə keçsə də, yekunda qalib müəyyənləşməyib - 2:2 (25:21; 20:25; 25:17; 21:25).

Qeyd edək ki, yığmamız Lüksemburqda beynəlxalq turnirdə qüvvəsini sınayacaq. İslandiya, Almaniya və ev sahiblərinin də iştirak edəcəyi yarış sabah başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti