Azərbaycan çempionatının mükafatçısı Türkiyədə "yağlı əppək" tapdı

28 Dekabr 2016 15:36 Voleybol 802
Azərbaycan çempionatının mükafatçısı Türkiyədə "yağlı əppək" tapdı

“Telekom”un voleybolçusu Ana Kleger (Piriyeva) özünə yeni iş yeri tapıb. Sportinfo.az-ın məlumatına görə, Bakı təmsilçisinin imtinasından sonra klubsuz qalan kubalı karyerasını Türkiyədə davam etdirəcək.

Özünə yüksək dəstədə yer tapa bilməyən Kleger qonşu ölkədə I liqada oynayacaq. 27 yaşlı hücumçu “Samsun BB” ilə anlaşıb. O, mövsümün startında “Azəryol”dan Anna Stepanyuku da transfer edən komanda ilə 5 aylıq müqavilə bağlayıb.

Kleger 2014-cü ildə “Telekom”la 5 illik razılıq əldə etmişdi. Ötən il komandanın kapitanı olan mərkəzi amerikalı ilə müqaviləyə bu il qarşılıqlı şəkildə xitam verilmişdi. O, “Telekom”la Super Liqanın gümüş medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti