Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fikrət Axundov Avropa Voleybol Konfederasiyasından növbəti təyinat alıb.
Sportinfo.az-ın məlumatına görə, həmyerlimiz kişi komandalar arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq “Voyvodina” (Serbiya) – “Pyaçentsa” (İtaliya) matçında ədaləti qoruyacaq.
O, Novı Sadda olacaq qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirəcək. Onun köməkçisi bolqarıstanlı Milan Todorov olacaq. Görüş fevralın 15-də keçiriləcək. Bu klubların ilk matçında italiyalılar 3:0 hesabı ilə qalib gəlib.

