Azərbaycan millisinin üzvü "Toyota"dan iki mükafat aldı

13 Fevral 2017 18:18 Voleybol 693
Azərbaycan millisinin üzvü "Toyota"dan iki mükafat aldı

"Toyota"da çıxış edən Azərbaycan milli komandasının voleybolçusu Polina Rəhimova iki mükafata layiq görülüb. Sportinfo.az xəbər verir ki, 27 yaşlı qadın idmançı Yaponiya çempionatının əsas mərhələsinin yekununda ən yaxşı bombardir və topu oyuna daxil edən oyunçu sayılıb.

O, "6-lıq" mərhələsinin "Hisamitsu" ilə ilk tur matçından əvvəl mükafatlarını alıb. P.Rəhimova məhsuldarlığını bu görüşdə də davam etdirib. Təcrübəli voleybolçu komandasının 3:2 hesabı ilə qalib gəldiyi görüşdə 41 xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti