"Əminəm ki, bu mövsümdə özümüz üçün çox yaxşı nəticələr əldə edəcəyik”

26 Dekabr 2016 14:48 Voleybol 698
"Əminəm ki, bu mövsümdə özümüz üçün çox yaxşı nəticələr əldə edəcəyik”

“Biz başa düşürük ki, qarşıdakı oyunlarımız çox ağır olacaq. Amma var gücümüzlə çalışacağıq. Məşqlərdə səylə üzərimizdə işləyib, yaxşı nəticə qazanmaq istəyirik” - Sportinfo.az-ın məlumatına görə, bunu “Telekom”un voleybolçusu Yelizaveta Səmədova deyib.

"Telekom” II turda “Ximik”lə (Polşa) oynayacaq. Komandasının kapitanı Çempionlar Liqasında hədəflərindən danışıb. Səmədovanın sözlərinə görə, ilk matçda “Konegliano”ya uduzmalarına baxmayaraq, növbəti matçlarda özlərini yaxşı tərəfdən göstərəcəklər:

“Bu oyunlarda gənc komanda yoldaşlarımız Olena Həsənova, Yana Əzimova, Marqarita Əzizova, Anastasiya Baydyuk, Anastasiya Bessonova, Ülkər Kərimova və Sladyana Mirkoviçə də güvənəcəyik. Əminəm ki, bu mövsümdə özümüz üçün çox yaxşı nəticələr əldə edəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti