Çempionlar Liqasında IV turun oyunları keçirilib. Bakıda Fransa çempionunu “Sen-Rafael”i qəbul edən “Azərreyl” rəqibini darmadağınla (3:0) yola salıb. “Oyunun bizim üçün nisbətən asan keçdiyini düşünürəm” - Sportinfo.az-ın məlumatına görə, bunu “dəmiryolçular”ın baş məşqçisi Famil Ağayev deyib.
Ağayev bildirib ki, yalnız startda bir qədər çətin olub: “İlk set gərginliklə yadda qalsa belə, öz oyunumuzu tapa bildik. Nəticədə üç xalı aktivimizə yazdırdıq”. Voleybol Federasiyasının feysbuk səhifəsinə danışan “Sen-Rafael”in baş məşqçisi Culio Breqoli isə kobud səhvlərin qurbanı olduqlarını açıqlayıb: “Çətin oyun oldu, qəbulda kobud səhvlərə yol verdik. Oyunumuz alınmırdı. Rəqib bizdən güclü idi”.

