"Azərreyl” Fransa çempionunu Bakıdan başıaşağı yola saldı

10 Fevral 2017 00:00 Voleybol 692
"Azərreyl” Fransa çempionunu Bakıdan başıaşağı yola saldı

“Azərreyl” Çempionlar Liqasında növbəti oyununa çıxıb. Sportinfo.az-ın məlumatına görə, “dəmiryolçular” Bakıda Fransa çempionu “Sen-Rafael”i qəbul edib. Qarşılaşmada aşkar favorit olan Famil Ağayevin yetirmələri rahat qələbə qazanıblar. Səfərdə 3:1 hesabı ilə qalib gələn Azərbaycan çempionunu doğma divarlar arasında rəqibinə şans verməyib.

Hazırda yaxşı formada olan “Azərreyl” hər üç setdə inamlı qələbə qazanaraq matçı quru hesablı qələbə başa vurub. Qrupa 12 xalla İstanbulun “Fənərbağça” komandası öncüllük edir. “Azərreyl” 9 xalla 2-ci, “Dabrova Qornitsa” (Polşa) 3 xalla 3-cü pillədədir. “Sen-Rafael”in isə xalı yoxdur.

C qrupu / III tur
“Azərreyl” (Azərbaycan) - “Sen-Rafael” (Fransa) - 3:0 (25:20, 25:11, 25:11)
Hakimlər:
Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)
Bakı. “Azərreyl” Voleybol Mərkəzi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti