Azərbaycan klubları Rusiya çempionatında iştirak edəcək?

9 Fevral 2017 14:00 Voleybol 872
Azərbaycan klubları Rusiya çempionatında iştirak edəcək?

Növbəti mövsümdən etibarən kişi və qadın voleybolçulardan ibarət Rusiya Superliqasında digər ölkələrin klubları iştirak edə bilər. Sportinfo.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, əvvəlki illərdə bu ölkənin birinciliyində Ukrayna və Belarus klubları yarışıb.

Sonradan Xarkov"Lokomotiv"i iki ölkə arasında yaranan siyasi və hərbi vəziyyətə görə turnirdən imtina edib. Belarus kollektivləri isə rəqabətə tab gətirməyərək, çempionatda çıxışlarını dayandırıb. Ümumrusiya Voleybol Federasiyasının qəbul etdiyi qərardan sonra Polşa (kişi və qadın) və Azərbaycan (qadın) yeni Supeliqada iştirak etmək istədiklərini bəyan ediblər. Azərbaycan klublarının Rusiya Superliqasında növbəti mövsümdən etibarən çıxış edəcəyi ehtimal olunur. Qeyd edək ki, Rusiya voleybol liqaları dünyanın ən güclü voleybol turnirləri hesab edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti