Kişi voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib. Sportinfo.az-ın məlumatına görə, baş tutan qarşılaşmalarda bütün oyunlar 3:0 hesabı ilə başa çatıb. Belə ki, “Neftçi” növbəti “quru hesablı” qələbə sayəsində liderliyini davam etdirdiyi halda, “Lokomotiv” yenə “Naxçıvan”a nə set, nə də xal verib. Bundan istifadə edən MOİK isə 3 xal sayəsində yenidən 3-cü pilləni ələ keçirib.
“Sumqayıt” – MOİK 0:3 (21:25; 28:30, 16:25)
“Neftçi” – “Nəqliyyatçı” 3:0 (25:16; 25:8; 25:15)
“Lokomotiv” – “Naxçıvan” 3:0 (25:15; 25:17; 25:14)
O Q M S X
1 “Neftçi” 9 9 0 27-2 27
2 “Lokomotiv” 9 8 1 25-4 25
3 MOİK 9 5 4 16-17 13
4 “Naxçıvan” 9 4 5 17-19 12
5 “Nəqliyyatçı” 9 1 8 8-24 5
6 “Sumqayıt” 9 0 9 0-27 0

