Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçirilib. Sportinfo.az-ın məlumatına görə, “Azərreyl”lə qarşılaşan “Telekom” 3:2 hesablı qələbəyə sevinib. Oyundan sonra hər iki komandanın baş məşqçisi matç haqqında fikirlərini bölüşüblər:
Famil Ağayev (“Azərreyl”): “Fiziki vəziyyətimiz imkan vermədi ki, qələbə qazanaq. Demək olar ki, hər setdə biz hesabda geridəydik. Çox güc sərf elədik”.
Zoran Qayiç (“Telekom”): “Blokda yaxşı oynadıq. Bir neçə vacib xalları məhz blokda qazandıq. Bu da yekun nəticəyə öz təsirini göstərdi. Bir-birinə qarşı iki güclü komanda oynayırdı”.

