Dünya və Avropa çempionu Azərbaycan klubunu çalışdıracaq

1 Fevral 2017 17:00 Voleybol 757
Dünya və Avropa çempionu Azərbaycan klubunu çalışdıracaq

Kişi voleybolçulardan ibarət “Naxçıvan”ın gücləndirilməsi davam edir. Sportinfo.az xəbər verir ki, muxtar respublika təmsilçisinin heyətinə yeni oyunçularla yanaşı, yeni baş məşqçi də dəvət edilib.

Belə ki, Azərbaycanın yüksək dəstəsində 10 turdan sonra 4-cü pillədə qərarlaşan komanda təcrübəli Aleksandr Çyornıya həvalə edilib. Keçmiş SSRİ yığması ilə dünya və Avropa çempionu olan rusiyalı ilə əməkdaşlıq uzun müddətə nəzərdə tutulub.

Voleybolçu karyerası ərzində əsasən Moskva MOİK-ində oynayan Çyornı 10 dəfə SSRİ çempionu, 4 dəfə ittifaq kubokun sahibi və 6 dəfə avrokubokların qalibi adını qazanıb. 1996-cı ildən məşqçilik fəaliyyətinə başlayan “Naxçıvan”ın yeni çalışdırıcısı “Oktan”da (Novokuybışevsk) icraçı direktor da işləyib.

Komandaya iki yeni voleybolçu da cəlb edilib. Bunlar Dmitri Baranov və Aleksandr Vasilyevdi. 23 yaşlı Baranov blokçudu. 200 sm boya malik voleybolçu “Lokomotiv-2” (2007-2012) və “Kuzbass-2” (2012-2016) klublarında forma geyinib. O, 2014/2015 mövsümündə mübarizə apardığı çempionatın ən yaxşı blokçusu seçilib. Bunadək aşağı liqalarda adından söz etdirib.

Vasilyev isə 1990-cı il təvəllüdlüdü. Hücumçu olan Aleksandrın da boyu 200 sm-di. O, “Naxçıvan”a 2012-ci ildən çıxış etdiyi “Yaroslaviç”dən transfer edilib. Voleybolçu 2010-2012-ci illərdə isə Krasnodar “Dinamo”sunun şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti