Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Sportinfo.az-ın məlumatına görə, “Sumqayıt” iki əsas oyunçusunun ciddi zədəli olmasını əsas göstərərək “Lokomotiv”lə matça çıxmayıb.
Baş tutan digər oyunlarda isə “Nəqliyyatçı” MOİK-i məğlub edib – 3:1. Oyunda setlər 24:26, 23:25, 25:18, 15:25 hesabları ilə başa çatıb. “Neftçi” isə “Naxçıvan”a şans verməyib – 3:0 (25:12, 25:11, 25:14).

