“Komandamın çıxışından razıyam. Çünki bütün voleybolçularımız oyunu yaxşı səviyyədə keçirdi” - Sportinfo.az-ın məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib. Təcrübəli mütəxəssis yetirmələrinin Çempionlar Liqasında “Modena”ya 0:3 hesablı məğlubiyyətini şərh edib.
O bildirib ki, gənc və perspektivli komandası təcrübəlilərdən qurulan italiyalılara qarşı sonadək döyüşüb: “Bununla da onlar ölkə çempionatının növbəti matçına hazır olduqlarını sübut etdilər. “Modena”nı da təbrik edirəm, onlar yaxşı oyun keçirdilər”.

