İtalyanlar "ölmüş" Azərbaycan klubunu "diriltdilər" - kobud səhv

25 Yanvar 2017 14:24 Voleybol 749
İtalyanlar "ölmüş" Azərbaycan klubunu "diriltdilər" - kobud səhv

İtaliyanın “Modena” voleybol klubu “Telekom”la bağlı yanlışlığa yol verib. Sportinfo.az xəbər verir ki, Modena təmsilçisinin rəsmi saytı Çempionlar Liqasının III turu çərçivəsində oynayacağı Bakı təmsilçisini “Rabitə” kimi təqdim edib.

İtaliyalılar komandanın adını da göstərməyiblər. Oyunun gününü və başlama saatını qeyd edən rəqib tarixin yaddaşına qovuşan “Rabitə”nin emblemini qoyub. Halbuki 8 qat Azərbaycan çempionu 2015-ci ildən fəaliyyətini dayandırıb. “Modena” - “Telekom” qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti