“Neftçi”nin baş məşqçisi: “Vəziyyət ürəkaçan deyil”

24 Fevral 2025 03:20 Voleybol 843
“Neftçi”nin baş məşqçisi: “Vəziyyət ürəkaçan deyil”

“Çempionata uğurlu start vermişdik”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin kişi voleybolçulardan ibarət komandasının baş məşqçisi Pərviz Səmədov deyib.

O, komandasının Azərbaycan Yüksək Liqasında çıxışını dəyərləndirib. Mütəxəssis bildirib ki, hazırda vəziyyət o qədər də ürəkaçan deyil:

“Son bir neçə oyun istədiyimiz kimi alınmır. Bu mövsüm yaxşı komanda toplamışıq.

Bir voleybolçumuz da iki oyundur ki, heyətə qatılıb. Düşünürəm ki, onun da komandamıza uyğunlaşması üçün bir az zaman lazımdır.

Çempionatda daha maraqlı oyunlar hələ qarşıdadır. Səhvlərimizi düzəltməli və daha ciddi şəkildə məşqlərə davam etməliyik

. İnanıram ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik və turnir cədvəlində də irəliləyəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...