Qadın voleybolçular arasında İtaliya A seriyasında XIII turun oyunları baş tutub. Sportinfo.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Konegliano”nun qonağı olub.
Qarşılaşma təmsilçimizin komandası üçün uğursuz alınıb. “Firenze” Çempionlar Liqasında “Telekom”un rəqibi olan “Konegliano”ya 1:3 (25:19, 23:25, 27:25, 25:19) hesabı ilə uduzub. Yığmamızın kapitanı oyunda 14 xal toplayıb.
Məğlubiyyətə baxmayaraq, “Firenze”nin turnir cədvəlindəki mövqeyi yaxşılaşıb. “Montsa”nın quru hesabla uduzması Bayramovanın komandasının 9-cu yerə qalxması ilə nəticələnib. Hər 2 klub 12 xala malikdi.

