"Yaxşı oynamadıq, oyunumuzda ritm yox idi"

22 Yanvar 2017 11:23 Voleybol 627
"Yaxşı oynamadıq, oyunumuzda ritm yox idi"

“Yaxşı oynamadıq, oyunumuzda ritm yox idi” - Sportinfo.az-ın məlumatına görə, bu sözləri “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının VIII turunda “Azəryol”la qarşılaşan “rabitəçilər” 3:1 hesablı qələbəyə sevinib.

Matçdan sonra fikirlərini Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsi ilə bölüşən çalışdırıcı görüşü belə şərh edib: “Azəryol” müdafiədə etibarlı oynayırdı və üçüncü setdə qələbəyə layiq idi. Oyun praktikası olmayanda, tonusda qalmaq çox çətindi. Ümid edirəm ki, fevralda oyunumuzda inkişaf müşahidə olunacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti