“Oyuna yaxşı başladıq, amma buna baxmayaraq, müvafiq müqavimət göstərə bilmədik” - Sportinfo.az-ın məlumatına görə, bu sözləri “Azəryol”un baş məşqçisi Eldar Yusubov deyib. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının VIII turunda “Telekom”la qarşılaşan “yolçəkənlər” 1:3 hesablı məğlubiyyətə üzülüblər.
Matçdan sonra fikirlərini Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsi ilə bölüşən çalışdırıcı görüşü belə şərh edib: “Oyunu bərabərləşdirmək üçün şanslarımız var idi, amma həlledici anlarda səhvlərə yol verirdik. Fasilədən sonra ilk oyunumuz idi, oyun praktikasının olmaması öz sözünü dedi”.

