COP29

“Onlardan zəif ola bilərik, amma...” – Yığmamızın oyunçusu

17 May 02:40 Voleybol 399
“Onlardan zəif ola bilərik, amma...” – Yığmamızın oyunçusu

"Rumıniya və Ukrayna asan rəqib deyil.

Onlardan oyun cəhətdən zəif ola bilərik, amma inanırıq ki, öz evimizdə qələbə qazanacağıq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Cavid Əzimov Qızıl Avropa Liqasına hazırlaşan komandanın açıq məşqindən sonra deyib.

Oyunçu 15 il voleybolla məşğul olduğunu və ilk dəfə yığmanın heyətinə cəlb olduğunu bildirib:

"Komandaya mənim kimi çoxlu gənc voleybolçular çağırılıb. Məşqlərimiz yaxşı gedir".

C.Əzimov Qızıl Avropa Liqasındakı rəqiblərinin güclü yığmalar olduğunu vurğulayıb.

Komanda mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq.

Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığma meydan sahibi ilə yanaşı, Şimali Makedoniya kollektivi ilə üz-üzə gələcək.

Üçüncü tur 31 may - 2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"