COP29

Burada ilk dəfə klub yaradıldı, prezident gəldi

26 Aprel 02:20 Voleybol 404
Burada ilk dəfə klub yaradıldı, prezident gəldi

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gəncə Regional Voleybol Klubunun (GRVK) Bərdədəki ilk məşqini izləyib.

Sportinfo.az xəbər verir ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, GRVK-nın rəhbərliyi də hazırlıq prosesini izləyiblər.

Məşqlər Bərdə rayon 3 saylı tam orta məktəbin idman zalında təşkil olunub.

Qonaqlara bildirilib ki, Bərdə rayonu üzrə keçirilmiş seleksiya tədbirlərində ümumilikdə 250-dən çox qız və oğlan seçilib. Onlardan 35 nəfəri hazırkı məşqlərdə iştirak edir, digərləri növbəti məşqlərə qruplar şəklində cəlb olunacaqlar.

Şahin Bağırov paytaxtla yanaşı, digər bölgələrdə də voleybolun inkişafına ciddi diqqət yetirildiyini bildirib.

O, qeyd edib ki, artıq bir sıra bölgələrdə regional voleybol klubları yaradılıb, bu klublara müvafiq bölgələrdən seçilən, kriteriyalara uyğun gələn uşaq və yeniyetmələr cəlb olunub.

Ş.Bağırov bu uşaqların gələcəkdə milli komandaların heyətində çıxış edə bilmələri üçün lazımi şəraitin yaradıldığını, federasiyanın onlara hər zaman dəstək olacağını söyləyib.

Federasiya rəhbəri uşaqlara peşəkar voleybolçu olmaq, ölkəmizi gələcəkdə beynəlxalq arenalarda layiqincə təmsil edə bilmək üçün var gücləri ilə çalışmalarını, həmçinin dərslərinə də ciddi fikir vermələrini tövsiyə edib, onlara uğurlar arzulayıb.

Vidadi İsayev də çıxış edərək voleybolun inkişafı istiqamətində həyata keçirilən tədbrləri yüksək qiymətləndirib.

Yaxın gələcəkdə ölkə voleybolunun qazanacağı uğurlarda bu bölgənin təmsilçilərinin də əməyinin olacağına əminliyini ifadə edib.

O, öz növbəsində İcra Hakimiyyətinin GRVK-nın fəaliyyətinə və burada məşq keçən uşaqlara dəstək olacağını bildirib. Sonda xatirə şəkli çəkdirilib.

Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!