Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyakın “Beşiktaş”da oynamasına icazə verilib. Sportinfo.az-ın məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) İstanbul klubuna qoyduğu transfer qadağasını aradan götürüb. Artıq CEV-lə problemi qalmayan “qara qartallar” növbəti turdan yeni oyunçularını meydana buraxa biləcəklər.
Bu səbəbdən də 2,5 ay öncə “Beşiktaş”la müqavilə imzalayan Kseniyanın XII tur çərçivəsində “İdmanocağı” ilə qarşılaşmada debüt edəcəyi gözləniləndi. 31 yaşlı blokçu ilə yanaşı, kişilərdən ibarət komanda üçün alınan kubalı toppaylayıcı Leandro Makiasa da “Beşiktaş” forması geyinmək icazəsi verilib.
O, “Beşiktaş”da forma ilə bağlı seçimini edib. İstanbul təmsilçisinin heyətində yeni nömrə ilə oynayacaq. Belə ki, Poznyakın yığmada və klublarda geyindiyi “2” nömrəli forma komandanın hücumçusu Tuğba Şenoğluda olduğundan təmsilçimiz “5”i seçib.

