Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan “Azərreyl”in III turdakı oyununu idarə edəcək hakimlərin adları dəqiqləşib. Sportinfo.az-ın məlumatına görə, yanvarın 25-də keçiriləcək Fransa “Sen-Rafael” ilə səfər qarşılaşması lüksemburqlu Karol Heppə həvalə edilib. Ona köməkliyi isə Pasi Hakkaraynen (Finlandiya) edəcək. Azərbaycan çempionunun Frejyus şəhərində keçirəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

