Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat göndərib. Sportinfo.az-ın məlumatına görə, ədalət təmsilçimiz qadın voleybolçular arasında keçirilən Çempionlar Liqasının qrup mərhələsində iş başında olacaq.
Əliyev III tur çərçivəsində baş tutacaq “Vakıfbank” (Türkiyə) – “Dresdner” (Almaniya) duelində ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçda əsas referi isə fransalı Lois Quest olacaq. Oyun yanvarın 25-də İstanbulda keçiriləcək.

