Nazir dağılmaq üzrə olan klubdan danışdı, iddia etdi ki…

27 Dekabr 2023 12:40 Voleybol 647
Nazir dağılmaq üzrə olan klubdan danışdı, iddia etdi ki…

"Problemlərdən çox danışmaq olar. Nazirlik hansısa kluba birbaşa dəstək ola bilməz".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında "Xarı Bülbül" komandasının üzləşdiyi maliyyə problemi barədə danışarkən deyib.

O, məsələnin aydın olduğunu bildirib:

"Biz klublara sponsorların gəlməsi barədə düşünməliyik. Nazirlik bununla bağlı müəyyən işlər görür.

Amma gələnlərin də marağı olmalıdır. Hər iş büdcədən asılıdır.

Gəlirlərimlə xərclərim fərqlidirsə, borclar yaranacaq. Özəl klubdur.

Elə bir zamana çataq ki, klublara şərait yaradaq, inkişaf etsinlər. Hazırda vəziyyət istədiyimiz kimi deyil.

Reallıqlar var. Azərbaycanda klubların sayının artması üçün çalışmalıyıq".

Xəbər Lenti