Yenidən Azərbaycan yığmasının baş məşqçisi oldu

26 Dekabr 2023 08:20 Voleybol 1 474
Yenidən Azərbaycan yığmasının baş məşqçisi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisinin adı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, yığmamız yenidən Faiq Qarayevə həvalə edilib.

Azərbaycan Voleybol Federasiyasında vitse-prezident postunu tutan 64 yaşlı mütəxəssisin köhnə-yeni işində ilk sınağı Qızıl Avropa Liqasına təsadüf edəcək.

Müxtəlif vaxtlarda millinin baş məşqçisi olan Qarayev son olaraq komandamızı Yaponiyada keçirilən DÇ-2018-ə aparıb.

Yığmada sonuncu dəfə bu vəzifəni isə türkiyəli Ataman Güneyligil icra edib. AÇ-2023-də uğursuz çıxış səbəbindən onunla müqavilə artırılmayıb.

Onun təqdimatı dekabrın 27-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada