Azərbaycan klubu rusiyalı legionerlə yollarını ayırdı

24 Dekabr 2023 01:20 Voleybol 874
Azərbaycan klubu rusiyalı legionerlə yollarını ayırdı

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu rusiyalı Anna Balberova ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı voleybolçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Buna səbəb onun məşqçilər korpusunun etimadını doğrultmaması göstərilib. Anna Balberova mövsümün əvvəlində Rusiyanın "Derjava" klubundan transfer olunmuşdu.

"Gəncə" Azərbaycan çempionatında 7 turdan sonra 9 xalla 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada