“Neftçi”nin baş məşqçisi: “Şanssızlıqla üzləşdik”

23 Dekabr 2023 08:40 Voleybol 368
“Neftçi”nin baş məşqçisi: “Şanssızlıqla üzləşdik”

“Bir setdə voleybol şanssızlığı ilə üzləşdik”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin kişilərdən ibarət voleybol komandasının baş məşqçisi Pərviz Səmədov “Azərreyl”ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Yüksək Liqasının VII turunun oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis yalnız ikinci seti zəif keçirdiklərini bildirib. O, komandasının getdikcə daha yaxşı forma yığdığını düşünür:

“Görüşə yaxşı hazırlaşmışdıq. İstədiyimi oyunçularımdan ala bildim.

Komandamda ikinci setdə eniş yaşandı. Yaxşı ki, tez toplarlana bildik və inamlı qələbə qazandıq.

Mövsümün əvvəlindən kollektivə güvənirdim. Sadəcə, voleybolçular bir-birilərinə tam uyğunlaşmamışdılar.

Hazırda isə yüksəlişdəyik. Ümid edirəm ki, mövsümü birinci bitirərik”.

"Neftçi” hazırda 10 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər Lenti