"Kluba 2 ildə 1 milyondan çox pul xərcləmişəm" - ŞOK VİDEO!

22 Dekabr 2023 10:40 Voleybol 4 542
"Kluba 2 ildə 1 milyondan çox pul xərcləmişəm" - ŞOK VİDEO!

Sponsor tapmayan “Xarı Bülbül” (Şuşa) və “Xarı Bülbül” (Laçın) fəaliyyətini dayandırmaq üzrədir.

Aylardır maliyyə problemi yaşayan voleybol kubları dağılmaq təhlükəsi ilə qarşı-qarşıyadır.

Azərbaycan idmanı tarixində ilk dəfə Şuşanı avrokuboklarda təmsil edən və Avropa arenasında mərhələ adlayan “Xarı Bülbül” (Şuşa) və milli üçün ehtiyat qüvvə yetişdirmək məqsədilə qurulan "Xarı Bülbül"ün (Laçın) əcnəbi və yerli oyunçuları 4 aydır əməkhaqqı almır.

“Xarı Bülbül”ün yaradıcısı İlqar İmanquliyev üzləşdikləri vəziyyət barədə “Reaksiya TV“yə danışıb. Tanınmış telejurnalist Zaur Qəriboğlunun qonağı olan klubun təsisçisi şok faktlar açıqlayıb.

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırovun ona verdiyi vədlərin heç birini yerinə yetirmədiyini bildirib.

Həmçinin Gənclər və İdman Nazirliyinin (GİN) onlara qarşı laqeyd münasibət bəslədiyini söyləyib. Qeyd edib ki, nazirlik hər iki klubun maliyyə dayaqlarına sarsıdıcı zərbə vurub.

Belə ki, GİN İmanquliyevə məxsus “İlazero“ brendinin yerli klub və federasiyalarla əməkdaşlığına süni əngəllər yaradıb.

Müsahib geridə qalan 2 il ərzində voleybola 1 milyon manat vəsait xərclədiyini dilə gətirib.

SPORTİNFO.AZ

Xəbər Lenti