Azərbaycan yığması bu çempionatda iştirak edəcək

13 Dekabr 2023 02:20 Voleybol 678
Azərbaycan yığması bu çempionatda iştirak edəcək

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, 2024-cü il yanvarın 10-14-ü aralığında Polşanın Qojuv-Velkopolski şəhərində baş tutacaq yarışda ümumilikdə 5 ölkənin yığması mübarizə aparacaq.

Azərbaycanın U-20 millisi Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə qarşılaşacaq.

Yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"