Növbəti oyunların vaxtı açıqlandı - Ölkə çempionatında

13 Dekabr 2023 00:10 Voleybol 298
Növbəti oyunların vaxtı açıqlandı - Ölkə çempionatında

Bu gün voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.

Sportinfo.az xəbər verir ki, dekabrın 13-də həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının oyunları baş tutacaq.

Qadın voleybolçuların mübarizəsində 6-cı tur çərçivəsində “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Bu görüş saat 15:00-da start götürəcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə “Abşeron” və “Murov Az Terminal” komandaları qarşılacaqlar. Saat 16:00-da başlayacaq bu matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qadınların mübarizəsində turun daha bir qarşılaşması isə UNEC voleybol klububun idman zalında baş tutacaq. Saat 19:00-da UNEC və “Azərreyl” üz-üzə gələcək.

Həmin gün kişi voleybolçuların Yüksək Liqasında da bir oyun baş tutacaq. Saat 18:00-da GİN-nin Voleybol Mərkəzində “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları üz-üzə gələcək.

Yüksək Liqa (qadınlar)
15:00. “Gəncə” – “Milli Aviasiya Akademiyası”
Ünvan: GƏNCƏ OİK

16:00. “Abşeron” – “Murov Az Terminal” (CBC SPORT-canlı)
Ünvan: GİN-nin Voleybol Mərkəzi

19:00. UNEC – “Azərreyl”
Ünvan: UNEC VK-nun idman zalı.

Yüksək Liqa (kişilər)
18:00. “Xarı Bülbül Şuşa” – “Xarı Bülbül Laçın”
Ünvan: GİN-nin Voleybol Mərkəzi

Xəbər Lenti