Azərbaycan millisi EEVZA-nın çempionatına qatılacaq

12 Dekabr 2023 03:50 Voleybol 776
Azərbaycan millisi EEVZA-nın çempionatına qatılacaq

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, yanvarın 3-7-də baş tutacaq yarışda ümumilikdə 6 ölkənin yığması mübarizə aparacaq.

Komandamız Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək.

AVRO-2024-ə seçmə xarakter daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq kollektiv birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada