Azərbaycan millisi son oyununda da məğlub oldu

11 Dekabr 2023 03:00 Voleybol 976
Azərbaycan millisi son oyununda da məğlub oldu

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında son oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda beşinci matçında meydan sahibləri ilə qarşılaşıb.

Görüş gürcüstanlıların 3:2 (26:24, 23:25, 23:25, 25:19, 15:5) hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz çempionatın əvvəlki oyunlarında Polşa, Ukrayna və Latviyaya 0:3, Estoniyaya 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada