Azərbaycan millisi ilk oyunda Polşaya məğlub oldu

6 Dekabr 2023 02:20 Voleybol 831
Azərbaycan millisi ilk oyunda Polşaya məğlub oldu

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda ilk matçında Polşa ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (12:25, 16:25, 16:25).

Azərbaycan millisi dekabrın 6-da Ukrayna, 7-də Latviya, 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada