Azərbaycan millisi ardıcıl üçüncü yenilgini aldı

23 Noyabr 2023 02:10 Voleybol 300
Azərbaycan millisi ardıcıl üçüncü yenilgini aldı

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında keçirdiyi üçüncü oyununda da məğlub olub.

Sportinfo.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv bu dəfə Estoniyaya müqavimət göstərə bilməyib.

Əvvəlki iki turda Latviya və Ukraynaya 0:3 hesabı ilə uduzan millimiz estonlara da eyni hesabla yenilib - 0:3 (17:25, 9:25, 16:25).

EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər Lenti