Azərbaycan millisi ilk oyunda məğlub oldu - "Quru" hesab

21 Noyabr 2023 03:20 Voleybol 707
Azərbaycan millisi ilk oyunda məğlub oldu - "Quru" hesab

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın ilk günündə komandamızın rəqibi yerli voleybolçular olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 (25:14, 25:6, 25:9) hesablı qələbəsi ilə yekunlaşıb.

Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.

AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu