Kişi voleybolçuları arasında Azərbaycan çempionatında II dövrəyə start verilib. Sportinfo.az-ın məlumatına görə, baş tutan qarşılaşmalarda liderlər növbəti qələbələrini qazanıblar. Belə ki, çempionatın yeganə uduzmayan komandası “Neftçi” bu dəfə də xal itirməyib. Azərbaycan çempionu MOİK-ə qalib gəlməklə, birinci pillədəki yerini möhkəmlədib.
“Hərbiçilər”in məğlubiyyəti isə “Naxçıvan”ın xeyrinə işləyib. Onlar “Sumqayıt”a qalib gəlməklə, 3-cü yeri MOİK-dən alıblar. Turun digər - “Nəqliyyatçı” - “Lokomotiv” duelində isə “dəmiryolçular” çətinlik çəkmədən qələbə qazanıblar.
“Nəqliyyatçı” - “Lokomotiv” – 0:3 (19:25, 17:25, 17:25)
“Naxçıvan” – “Sumqayıt” – 3:0 (25:17, 25:23, 25:19)
“Neftçi” – MOİK – 3:1 (25:14, 22:25, 25:11, 25:18)
O Q M S X
1 “Neftçi” 6 6 0 18-2 18
2 “Lokomotiv” 6 5 1 16-4 16
3 “Naxçıvan” 6 3 3 14-11 10
4 MOİK 6 3 3 10-13 7
5 “Nəqliyyatçı” 6 1 5 5-15 4
6 “Sumqayıt” 6 0 6 0-18 0

