Bakı klubunun hücumçusu: “Bu yolda çempionluğa qədər gedəcəyimizə əminəm”

20 Oktyabr 2023 09:00 Voleybol 426
Bakı klubunun hücumçusu: “Bu yolda çempionluğa qədər gedəcəyimizə əminəm”

“Bu yolda çempionluğa qədər gedəcəyimizə əminəm”.

Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət “Azərreyl”in üzvü Dəmir Fatma İklimya Çelenc Kubokunun 1/32 final mərhələsində Ukrayna təmsilçisi “Balta” üzərində 3:0 hesabı qələbədən sonra deyib.

19 yaşlı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında kollektivdə uyğunlaşma prosesinin başa çatdığını bildirib:

“Ardıcıl iki gün 3:0 hesablı qələbə qazandıq. Komandamla fəxr edirəm. Bir-birimizi çox yaxşı başa düşürük”.

“Azərreyl”in kapitanı Aynur İmanova isə uğurlu çıxışda azarkeşlərin rolunun böyük olduğunu söyləyib:

“Hər iki qələbə münasibətilə komandamı təbrik edirəm. Bundan sonra bizi daha çətin oyunlar gözləyir.

Həmin matçlara yaxşı hazırlaşmaq, uğurlu nəticələri davam etdirmək üçün əlimizdən gələni edəcəyik. İki gündür azarkeşlərdən aldığımız dəstək bizi qürurlandırdı.

Onları görəndə daha yaxşı oyun ortaya qoyuruq. Düzdür, səfər görüşlərində belə atmosfer olmayacaq, ancaq yenə də bütün gücümüzlə mübarizə aparacağıq”.

Azərreyl” Çelenc Kubokunun 1/16 finalında İspaniyadan “Avarka de Menorka” ilə qarşılaşacaq.

Xəbər Lenti