
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çelenc kubokunda növbəti mərhələyə yüksəlib.
Sportinfo.az xəbər verir ki, komandanın 1/32 finalda rəqibi Ukraynadan "Balta" olub.
Cütün cavab matçı keçirilib. Dünən keçirilən ilk oyunda 3:0 hesabı ilə qələbə qazanmış "Azərreyl" rəqibini yenə eyni hesabla məğlub edib.
Bununla da təmsilçimiz hər iki görüşdə rəqibini üstələyərək 1/16 finala vəsiqə qazanıb.
Növbəti mərhələdə "Azərreyl" İspaniyanın "Avarka de Menorka" klubu ilə üz-üzə gələcək. Oyunlar noyabr ayında keçiriləcək.
"Balta"- "Azərreyl" - 0:3 (23:25, 15:25, 19:25)