Beş ildən sonra Azərbaycan millisinin baş məşqçi postuna qayıtdı

27 Dekabr 2023 11:00 Voleybol 1 100
Beş ildən sonra Azərbaycan millisinin baş məşqçi postuna qayıtdı

Faiq Qarayev yenidən voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin edilib.

Sportinfo.az xəbər verir ki, təqdimat Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında gerçəkləşib.

Qurumun prezidenti Şahin Bağırov təyinatı açıqlayıb. 64 yaşlı mütəxəssis bu postda türkiyəli Ataman Güneyligili əvəzləyib.

Müxtəlif vaxtlarda yığmanın "sükanı arxasında" olan təcrübəli baş məşqçi son dəfə 2018-ci ildə Yaponiyada təşkil olunan dünya çempionatında komandaya rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada