“Fənərbağça” - “Hapoel” görüşünü azərbaycanlı hakim idarə edəcək

17 Yanvar 2017 14:36 Voleybol 766
“Fənərbağça” - “Hapoel” görüşünü azərbaycanlı hakim idarə edəcək

Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Sportinfo.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev kişi voleybol komandaları arasında CEV kuboku yarışlarının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Hapoel” (İsrail) görüşünün baş hakimi olacaq. Ona yunanıstanlı həmkarı Emmanuel Qeorqiadis kömək edəcək. Görüş yanvarın 18-də İstanbulda təşkil olunacaq. Komandalar arasında keçirilən ilk oyunda İstanbul təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti