Qadın voleybolçulardan ibarət Kanada millisinin baş məşqçisinin adı açıqlanıb. Sportinfo.az-ın məlumatına görə, komandanın “sükanı arxasına” italiyalı Marçello Abbondanza keçib. “Azərreyl”in Çempionlar Liqasında rəqibi olan Türkiyənin “Fənərbaxça” klubunun da baş məşqçisi olan 46 yaşlı mütəxəssis işinə mayın 1-dən başlayacaq.
Müqaviləsinin müddəti açıqlanmasa da, Kanada Voleybol Federasiyası Qran-pridə Abbondanzadan sürprizlər gözləyir. Abbondanza 2012/2013 mövsümündə “Rabitə”ni çalışdırıb və Super Liqanın qalibi olub. O, Bakı təmsilçisini klublararası dünya çempionatında və Çempionlar Liqasında finala da yüksəldib.

